İnformatika Qış Kampı 2024

Bu kampın mövzuları Qış Kampı 2023-də keçilən dərslərin davamıdır. Odur ki, ilk olaraq o kampın mövzularını oxumağınız, yaxud yada salmağınız mütləqdir. Bu kamp isə RFO-nun final mərhələsində medala iddiaçılar üçün nəzərdə tutulmuşdur. Uğurlar arzu edirik!

Dərslər saat 18:00-da cədvəldə yazılmış tarixlərdə olacaqdır.

Dərslər üçün Zoom linki: https://mit.zoom.us/j/96754793263

Piazza qeydiyyat linki: https://piazza.com/informatika_olimpiadalar_mktbi/winter2024/w2024

Marafon yarışı üçün qeydiyyat linki https://forms.gle/D12xjsLCkjnPkxKJ6

Tanışlıq

Hamıya salam! Bu, kampımızın veb səhifəsidir. Burada dərslərin qeydləri, ev tapşırıqları və başqa dəyərli resurslar paylaşılacaq. Bu səhifə həm kamp boyu, həm də daha sonra həmişəlik əlçatan olacaq. Kampın təşkili üçün aşağıdakı müəllimlərin hər birinə dərin təşəkkürlər düşür. Ümid edirik ki, bu faydalı resursdan effektiv istifadə edəcəksiniz.

Müəllimlər

Kampın müəllimləri keçmiş medalçılar və tanınmış təlimçilərdir:

Kamp haqqında

Kamp hamı üçün açıq və tamamilə ödənişsizdir. Nəzərə alın ki, dərslər çox intensiv və sürətli proqram ilə keçiləcək, amma bütün dərslərin videoları və onlar üçün qeydlər buraya yerləşdiriləcək. Hər dərsin ev tapşırıqları olacaq və bu tapşırıqların həlli uyğun dərsdən 1 həftə sonra kod şəklində paylaşılacaq.

Nə öyrənəcəksiniz

Kamp irəli mövzuları əhatə edir. Müəllimlərin çoxunun təcrübəsinə görə, bu mövzuları əla mənimsəmək RFO-nun finalında qızıl medal almaq üçün atılmalı önəmli addımlardır. Müəllimlərin hamısı bütün dərslərin hazırlanmasına kömək edir. Sonda isə Kənan müəllimin köməyi ilə CMS platformasında bütün mövzuları əhatə edən marafon yarışı keçiriləcək.

Mövzu Tarix Müəllim

Dərslərin qeydləri və materialları

Ev tapşırıqları https://vjudge.net/group/kamp2024 keçidində yerləşir. VJudge saytında qeydiyyat edin və qrupa "Join Now" düyməsi ilə daxil olun.