İnformatika Qış Kampı 2023
- Dərslərin tarixləri: Yanvarın 19, 22, 26, 29-u günləri saat 17:30-20:30.
- Qeydiyyat üçün link: Qeydiyyat bitmişdir.
- Dərs üçün Zoom linki: Dərslər bitmişdir.
- Piazza qeydiyyat linki: https://piazza.com/informatika_olimpiadalar_mktbi/winter2023/w2023
- Dərslərin qeydləri və materialları: dərslər
Tanışlıq
Hamıya salam! Bu, kampımızın veb səhifəsidir. Burada dərslərin qeydləri, ev tapşırıqları, əlavə resurslar və başqa dəyərli resurslar paylaşılacaq. Bu səhifə həm kamp boyu, həm də daha sonra həmişəlik əlçatan olacaq. Əgər səhifədə bir yanlışlıqla qarşılasşanız, Piazza forumunda bu haqda paylaşa bilərsiniz.
Kampın məqsədi
Kamp hamı üçün açıq və tamamilə ödənişsizdir. Əsas məqsəd Respublika Fənn Olimpiadalarında yarımfinal turuna keçən şagirdlərə kömək olsa da, fikrimcə, buradan başqaları da öyrənə bilər. Nəzərə alın ki, dərslər çox intensiv və sürətli proqram ilə keçiləcək, amma bütün dərslərin videoları və onlar üçün etdiyim qeydlər buraya yerləşdiriləcək. Hansısa mövzunu başa düşməsəniz, mütləq Piazza platformasında sual yazın. Kampın müddəti boyunca oradakı bütün suallara cavab yazılacaq. Əgər sizin təcrübəniz daha çoxdursa və ya dərsləri çox yaxşı başa düşürsünüzsa, orada başqalarının suallarını cavablandırmaqdan çəkinməyin.
Nə öyrənəcəksiniz
İlk dərsdə C++-dakı təməl konseptlərdən və dilin özündən olimpiada yönümlü istifadə metodları haqqında danışacağıq. Bu dərs Python dilindən keçid edənlər üçün ən önəmli olacaq, amma qalan hamı üçün isə sürətli bir təkrar olacaq. Bir neçə maraqlı taktikalar da bölüşəcəyəm.
İkinci dərsdə isə C++-da STL-dən və onun acgöz (greedy) məsələlərə tətbiqlərindən danışacağıq. Nəzərə alın ki, acgöz məsələlər olimpiadalarda ən çox düşürlər. Bu və sonrakı dərslər haqqında daha çox məlumatı sonra yazacam.
Dərslərin qeydləri və materialları
Nəzərə alın ki, bu dərslər proqramlaşdırmaya tam sıfırdan başlayanlar üçün uyğunlaşdırılmayıb, amma bacardığım qədər önəmli detalları əlavə etməyə çalışmışam.
-
Dərs 1: C++ dilinin olimpiada üçün təməlləri Bu dərsdə niyə C++ dilini istifadə etdiyimizi və onun təməlləri haqqında danışırıq.Dərs 2: Acgöz alqoritmlər və metodlar Olimpiadalarda ən məşhur məsələ tipi.Dərs 3: Dinamik proqramlaşdırma Cavabı necə cavabdan hesablamalıDərs 4: Qraflar Təməl amma çox güclü alqoritmlər